Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple şirkətinin mini-LED ekranlı ilk cihazının nə zaman satışa çıxacağı açıqlanıb

Apple şirkətinin mini-LED ekranlı ilk cihazının nə zaman satışa çıxacağı açıqlanıb

Tarix: 7 Noyabr 2020 19:40

Apple şirkətinin öz məhsullarını mini-LED texnologiyası əsasında hazırlanmış ekranlara keçirtmək planlarını Koreyanın ET News adlı xəbər agentliyi öz hesabatında təsdiqləyib. Hesabatda bu cür ekrana sahib ilk məhsulun nə zaman satışa çıxacağı və hətta bunun hansı məhsul olacağı barəsində məlumatlar verilib. Bu barədə Slashgear saytı xəbər verib.

Məlumata əsasən Apple üçün mini-LED matrisalı ekranların istehsalı ilə LG Display şirkəti məşğul olacaq. Gözləntilərə əsasən gələn ilin birinci rübündə satışa çıxacaq iPad Pro modeli 12.9 düym ölçüsündə mini-LED ekran əldə edəcək. Daha sonrakı mərhələdə isə bu cür ekranları həmçinin MacBook noutbukları və iMac kompüterləri əldə edəcəklər.

Qeyd etmək lazımdır ki, mini-LED texnologiyasının əsas özəlliyi ondadır ki, ekrandakı işıq diodlarının ölçülərinin kiçildilməsi sayəsində onların saylarını artırmaq olur. OLED ekranlarla müqayisədə mini-LED ekranlar enerji sərfiyyatı baxımından qənaətcil olurlar və buna baxmayaraq rəng dolğunluğu və parlaqlığı mövzularında digər ekran növlərindən heç də geri qalmırlar. Bazarda bu cür ekranlara sahib məhsullar artıq mövcuddur. Onlara misal olaraq MSI Creator noutbukunu və TCL ekranlarını gətirmək olar. Lakin sözügedən texnologiya hələ də geniş şəkildə yayılmayıb.

Milli.Az


Etiketlər:  Apple şirkətinin mini ekranlı cihazının zaman satışa çıxacağı açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ