Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rio-de-Janeyronun polisləri Kalaşnikov avtomatlarından imtina edir

Rio-de-Janeyronun polisləri Kalaşnikov avtomatlarından imtina edir

Tarix: 25 Aprel 2019 05:20

Bakı. Trend:

Braziliyanın Rio-de-Janeyro şəhərinin polisləri Kalaşnikov avtomatının "AK-47" modelindən imtina edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, polislərin Kalaşnikov avtomatından imtina etməsinə səbəb arsenalda bu silah üçün sursatların olmaması olub.

Məlumata əsasən, şəhər polislərinin istifadəsində 200 ədəd bu model silah var və onlar ölkənin Silhalı Qüvvələrinə veriləcək.

Bildirilir ki, Rusiya istehsalı olan silahlar 500 ədəd ABŞ-ın istehsal etdiyi AR-10, 1,2 min ədəd AR-15 və 500 ədəd AR-15 əsasında hazırlanan yüngül pulemyotlarla əvəz ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Janeyronun polisləri Kalaşnikov avtomatlarından imtina edir


RƏYLƏR