Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NATO-nun baş katibi Baydeni prezident seçkilərində qələbəsi münasibəti ilə təbrik edib

NATO-nun baş katibi Baydeni prezident seçkilərində qələbəsi münasibəti ilə təbrik edib

Tarix: 8 Noyabr 2020 01:20

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq Demokratlar partiyasından ABŞ prezidenti vəzifəsinə namizəd Cozef Baydeni seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi özünün "Twitter" hesabında yazıb.

Y.Stoltenberq bildirib: "Cozef Bayden və Kamala Harris, sizi növbəti ABŞ prezidenti və vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibəti ilə təbrik edirəm".

Qeyd edək ki, bir sıra KİV-lərin məlumatına əsasən, C.Bayden qələbə üçün tələb olunan 270 seçici səsini toplayıb. Bildirilir ki, C.Bayden Pensilvaniya ştatında (20 seçici səsi) qələbə qazanaraq səslərinin sayını 273-ə çatdırıb.

D.Trampın səslərinin sayı 213-ə bərabərdir.


Etiketlər:  NATO baş katibi Baydeni prezident seçkilərində qələbəsi münasibəti ilə təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ