Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu günlərdə tarixin gedişatı dəyişir və biz bunun şahidi oluruq - Hüseyn Altınalan

Bu günlərdə tarixin gedişatı dəyişir və biz bunun şahidi oluruq - Hüseyn Altınalan

Tarix: 8 Noyabr 2020 14:46

Bakı. Trend:

Bu günlərdə tarixin gedişatı dəyişir və biz bunun şahidi oluruq.

Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan Şuşa şəhərinin işğaldan azad olunmasını şərh edərkən deyib.

O bildirib ki, 28 il işğal altından qalmış Şuşa tarixi əhəmiyyətə malikdir:

"Separatçı rejimin rəhbəri burada "andiçmə" keçirmişdi, Nikol Paşinyan da rəqs etmişdi. İndi isə şanlı Azərbaycan ordusu həmin ərazilərdəki işğalçıları cənab Prezidentin dediyi kimi "iti qovan kimi" qovdu. Əmin addımlarla zəfərə doğru irəliləyirik. Cənab Prezidentin dediyi kimi, işğaldan azad edilən ərazilərdə azan səslənəcək. Müqəddəs məkanlarımız əvvəlki halına qayıdacaq. Tarixi zəfərlər qazanacağıq".


Etiketlər:  Bu günlərdə tarixin gedişatı dəyişir biz bunun şahidi oluruq Hüseyn Altınalan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ