Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Noyer "Bavariya"dan ayrıla bilər - agentindən açıqlama

Noyer

Tarix: 6 Iyul 2019 16:12

Manuel Noyer bu yay "Bavariya"dan ayrıla bilər.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə 33 yaşlı qolkiperin agenti Tomas Krot məlumat verib.  O bildirib ki, Noyer növbəti mövsüm Çempionlar Liqasının kubokunu qazanmaq istəyir. Bunun üçün Münhen klubu bu yay güclü futbolçular transfer etməsə, alman qapıçı klubu tərk edə bilər: "O, Avro-2020-nin və Çempionlar Liqasının qalibi olmaq istəyir. Manuel uğur qazanmaq haqda düşünür. Mənə elə gəlir ki, "Bavariya"nın heyəti rəqabətə az davamldır.

Əlbəttə, həmişə "Bavariya" ilə yeni müqavilə imzalamaq variantı var. Amma bu, tək ehtimal deyil".

 


Etiketlər:  Noyer Bavariyadan ayrıla bilər agentindən açıqlama


RƏYLƏR