Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 16:15
Bakı. Sara İsrafilbəyova - Trend:
Azərbaycanın daha bir ticarət evi bu ilin sonuna kimi Çinin Sian şəhərində açılacaq.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Çindən gələn dəmiryol konteynerlərinin qarşılanması mərasimində deyib.
Nazir bildirib ki, Siandan Bakıya gəlmiş bu qatar sayca 3-cüdür, bundan əvvəl iki sınaq qatarı yola düşmüşdü.
O əlavə edib ki, Çinlə Azərbaycan arasında münasibətlər təkcə nəqliyyat və logistika sahəsində deyil, müxtəlif istiqamətlərdə inkişaf edir:
“Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Ötən il Çinin bu regionda ticarət dövriyyəsinin 43 faizi Azərbaycanın payına düşüb”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin