Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2025 23:36
Azərbaycanda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergi yükünün azaldılması və nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Vergi Məcəlləsinə mühüm dəyişiklik nəzərdə tutulur.
Sonxeber.net xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 %-nin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması, sadələşdirilmiş vergi ödəyən həmin şəxslər üzrə nağdsız dövriyyənin 6 % dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunması nəzərdə tutulur.