Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konfrans Liqası matçı öncəsi azarkeş qarşıdurması

Konfrans Liqası matçı öncəsi azarkeş qarşıdurması

Tarix: 11 Dekabr 2025 21:20

Konfrans Liqasının ümumi mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Yagelloniya” - “Rayo Valyekano” matçı ərəfəsində Polşada dəhşətli insident yaşanıb.

QOL.az xəbər verir ki, Varşava ilə Belostok arasındakı magistral yolda təxminən 50 nəfərlik radikal azarkeş qrupu ispaniyalı azarkeşləri daşıyan avtobuslara planlı hücum təşkil edib. İki minik avtomobili ilə yolu kəsərək çəkic və teleskopik dəyənəklərlə silahlanmış şəkildə avtobusa daxil olaraq kütləvi dava salıblar. Hücum nəticəsində 9-u ispaniyalı, 1-i polyak olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Polis hadisə yerinə gələnə qədər cinayətkarların ərazidən uzaqlaşdığı bildirilir.

Qeyd edək ki, Polşa və İspaniya təmsilçiləri arasındakı qarşılaşma bu gün Bakı vaxtı ilə saat 21:45-də baş tutacaq. Meydan sahibi “Yaqelloniya” 8 xalla turnir cədvəlində 8-ci, qonaq “Rayo Valyekano” isə 7 xalla 12-ci pillədə qərarlaşıb.


Etiketlər:  Konfrans Liqası matçı öncəsi azarkeş qarşıdurması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ