Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndidə şahmat turnirinə yekun vuruldu (FOTO)

Xankəndidə şahmat turnirinə yekun vuruldu (FOTO)

Tarix: 11 Dekabr 2025 21:12

Xankəndi. Trend:

Dekabrın 11-də Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorialının bağlanışı olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən xəbərə görə,Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə dekabrın 9-dan baş tutan turnirdə 6 şahmatçı mübarizə aparıb.

Zəka sahiblərindən Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı qüvvələrini sınayıblar.

Nəticədə Yan Nepomnyaşi qalib olub.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə keçirilib. 2023-cü ildən isə turnir FIDE dünya çempionatının seçmə mərhələsi statusunu alıb.

Xankəndidə şahmat turnirinə yekun vuruldu (FOTO) Xankəndidə şahmat turnirinə yekun vuruldu (FOTO) Xankəndidə şahmat turnirinə yekun vuruldu (FOTO) Xankəndidə şahmat turnirinə yekun vuruldu (FOTO) Xankəndidə şahmat turnirinə yekun vuruldu (FOTO) Xankəndidə şahmat turnirinə yekun vuruldu (FOTO) Xankəndidə şahmat turnirinə yekun vuruldu (FOTO)


Etiketlər:  Xankəndidə şahmat turnirinə yekun vuruldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ