Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 07:52
Bakı. Trend:
Birinci dərəcəli "Yota" qasırğası ikinci dərəcəyə qədər güclənib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzindən bildiriblər.
Məlumata əsasən, qasırğa daxilində küləyin sürəti saniyədə 44,7 metrə çatır. Hazırda siklon Karib dənizində Providensiya adasından 175 kilometr şərqdədi.
Bildirilir ki, qasırğa saniyədə 4 metr sürətlə qərb istiqamətində hərəkət edir.