Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Taro Kono yapon kurqanlarının UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsi ilə əlaqədar bəyanat yayıb

Taro Kono yapon kurqanlarının UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsi ilə əlaqədar bəyanat yayıb

Tarix: 6 Iyul 2019 17:35

Bakı. Elçin Mehdiyev - Trend:

Yaponiyanın Xarici İşlər naziri Taro Kono Osaka prefekturasındakı Mozu-Furuiçi qədim qəbiristanlıq təpələrinin UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsi ilə əlaqədar bəyanatla çıxış edib.

Trend-in məlumatına görə, Yaponiyanın Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki məntəqəsinə göndərilən bəyanatda deyilir ki, iyulun 6-da Azərbaycanın paytaxtı Bakı şəhərində UNESKO-nun Ümumdünya İrsi Komitəsinin 43-cü sessiyasında Yaponiyanın Osaka prefekturasındakı Mozu-Furuiçi qədim qəbiristanlıq təpələrinin həmin siyahıya daxil edilməsi Yaponiyanın Xarici İşlər naziri kimi məni çox sevindirir.

“Mozu-Furuiçi qədim qəbiristanlıq təpələri Kofun dövrü mədəniyyətinin ən bariz nümunələridir. Bu təpələrin Yaponiya arxipelaqındakı orijinal kurqanlar kimi Ümumdünya İrsi Siyahısına daxil edilməsini ürəkdən alqışlayıram. Ümid edirəm ki, bu addım arxipelaqın nadir tarixi mədəniyyət nümunəsi kimi həmin tarixi abidələrə dünya ictimaiyyətinin diqqətinin daha çox cəlb edilməsində mühüm rol oynayacaq”, - deyə sənəddə qeyd olunur.

Bildirilir ki, Yaponiya Xarici İşlər Nazirliyi bundan sonra da digər əlaqədar nazirliklər və müəssislərlə birlikdə, Mozu-Furuiçi təpələri daxil olmaqla, Yaponiyanın ümumdünya irsi siyahısına daxil edilən cazibədar obyektləri barədə informasiyaların daha geniş yayılmasına çalışacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Taro Kono yapon kurqanlarının UNESKO Ümumdünya İrsi Siyahısına daxil edilməsi ilə əlaqədar bəyanat yayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ