Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 20:00
Bakı. Sara İsrafilbəyova - Trend:
Son üç il ərzində Azərbaycanda 875 kilometr dəmiryolu xətti təmir edilib.
Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Çindən gələn konteyner qatarının qarşılanma mərasimi zamanı deyib.
C.Qurbanovun sözlərinə görə, növbəti 3 ildə daha 1500 kilometrədək dəmiryol xəttinin təmiri planlaşdırılır:
“Bu il bir neçə tender keçiriləcək. Yəqin ki, Rusiya sərhədinədək dəmir yolunun təmiri bu ilin sonu və ya gələn ilin əvvəlində başlayacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin