Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hyuston azərbaycanlıları müharibədən zərər çəkmiş şəxslərə dəstək məqsədilə tədbir keçirib

Hyuston azərbaycanlıları müharibədən zərər çəkmiş şəxslərə dəstək məqsədilə tədbir keçirib

Tarix: 16 Noyabr 2020 19:15

Azərbaycan Amerika Mədəniyyət Alyansı və Hyuston Azərbaycan məktəbinin təşkilatçılığı ilə müharibədən zərər çəkmiş mülki insanlara dəstək üçün xeyriyyə tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Hyuston azərbaycanlıları ilə yanaşı, türklər, amerikalılar, türkmənlər, yəhudilər və bosniyalılar da iştirak ediblər.

Tədbirdə məktəblilərin 17 noyabr Milli Dirçəliş gününü, əsgərlərimizin şücaətini əks etdirən rəsm əsərləri nümayiş olunub və milli təamlarımız təqdim edilib.

Xeyriyyə tədbirindən əldə edilmiş 10.197 ABŞ dollarının Azərbaycanda müharibədən zərər çəkmiş mülki şəxslərin ehtiyaclarına sərf olunacağı bildirilib.


Etiketlər:  Hyuston azərbaycanlıları müharibədən zərər çəkmiş şəxslərə dəstək məqsədilə tədbir keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ