Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güclü yağış Xaçmazda fəsadlar törədib

Güclü yağış Xaçmazda fəsadlar törədib

Tarix: 17 Noyabr 2020 08:34

Xaçmaz rayonu ərazisinə yağan güclü leysan yağışı nəticəsində bir sıra fəsadlar yaranıb. 

Sonxeber.net oxu.az-a istinadən bildirir ki,  rayon mərkəzi də daxil olmaqla yaşayış məntəqələrində fərdi yaşayış evlərinin həyət və zirzəmilərini su basıb. Elektrik təsərrüfatına ziyan dəyib.

Bu səbəbdən də rayonda elektrik enerjisinin verilişində`məhdudiyyət olub. 

Yağan yağışla əlaqədar olaraq, rayonun fövqəladə hallar komissiyasına 800-ə yaxın müraciət olunub. Komissiyanın sədri Bəxtiyar Osmanov bildirib ki, hazırda mütəxəssislərin iştirakı ilə evlərə baxış  keçirilir. İlkin olaraq leysan yağışlarının 300-ə yaxın evə zərər vurduğu məlum olub.

B. Osmanov əlavə edib ki, fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.


Etiketlər:  Güclü yağış Xaçmazda fəsadlar törədib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ