Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 11:04
Misir millisinin və "Arsenal"ın futbolçusu Məhəmməd El-Nenni koronavirusa yoluxub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçidən yığmanın Afrika Millətlər Kubokunun Toqo ilə matçından əvvəl test nümunələri götürülüb və onda COVİD-19 aşkarlanıb. Oyunçu dərhal təcrid olunub.
Bu səbəbdən Əl-Nenni Toqo ilə görüşü buraxmaqla yanaşı, Premyer Liqanın 9-cu turunda "Lids Yunayted"lə qarşılaşmada da iştirak etməyəcək.
Qeyd edək ki, Misir - Toqo matçı bu gün, "Arsenal" - "Lids Yunayted" oyunu isə 22 noyabrda (Bakı vaxtı ilə 20:30) keçiriləcək.