Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 11:10
85 yaşlı veteran Şamil Süleymanov Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat ianə edib.
Sonxeber.net bildirir ki, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri, polkovnik Şamil Süleymanov Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat ianə edib. O, İllərdir topladığı təqaüdünü ordu heyətinin sosial rifahının yaxşılaşdırılması və texniki cəhətdən təchizatı üçün Fonda könüllü olaraq bağışlayıb.
Qeyd edək ki, Ş.Süleymanov uzun illər Dövlət Təhlükəsizlik Komitəsində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında işləyib və nailiyyətlərinə görə orqanın "Fəxri əməkdaşı" yüksək adı ilə təltif olunub.