Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 11:20
İngiltərə millisinin futbolçularından Cordan Henderson ("Liverpul") və Rahim Sterlinq ("Mançetser Siti") yığmanın düşərgəsini tərk ediblər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi və 26 yaşlı hücumçu zədəli olduqları üçün belə bir addım atıblar. Onlar Millətlər Liqasının 6-cı turunda İslandiya ilə oyunda iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, 18 noyabr (sabah) "Uembli" stadionunda keçiriləcək İngiltərə - İslandiya matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq.