Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabahdan Bakıda yağış kəsiləcək, rayonlarda isə noyabrın 20-dək yağış, qar yağacaq

Sabahdan Bakıda yağış kəsiləcək, rayonlarda isə noyabrın 20-dək yağış, qar yağacaq

Tarix: 17 Noyabr 2020 11:24

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı və Abşeron yarımadasında sabah səhər saatlarından yağıntıların kəsiləcəyi gözlənilir.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, sabahdan yağıntıların kəsiləcəyinin gözlənilməsinə baxmayaraq, temperaturun yüksələcəyi gözlənilmir.

G.Məmmədova əlavə edib ki, noyabrın 18-dən Bakı və Abşeron yarımadasında yağıntılar kəsilsə də, respublikanın rayonlarında noyabr ayının ikinci ongünlüyünün sonuna qədər yağıntıların davam edəcəyi, havanın qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Noyabrın ikinci ongünlüyünün sonuna kimi əksər rayonlarda yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq.


Etiketlər:  Sabahdan Bakıda yağış kəsiləcək rayonlarda isə noyabrın 20 dək yağış qar yağacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ