Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sığorta ilə bağlı əhaliyə xəbərdarlıq edildi

Sığorta ilə bağlı əhaliyə xəbərdarlıq edildi

Tarix: 17 Noyabr 2020 13:08

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara və sahibkarlara xəbərdarlıq edib.

ASA-dan Sonxeber.net-a verilən məlumata görə, daşınmaz əmlakın icbari sığorta ilə bağlı müddəti bitmək üzrə olan müqavilələr qanunvericiliyə görə yenilənməlidir.

"Daşınmaz əmlakın icbari sığortası "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və bu növ məcburi olaraq tətbiq edilir. Ötən ilin sonunda bu sığorta növü üzrə ciddi təbliğat işləri aparıldı və nəticədə əhalinin böyük bir hissəsi daşınmaz əmlakını sığortaladı. Sığorta müqavilələrinin müddətinin 1 il olduğunu nəzərə alsaq, ötən ilin sonunda bağlanmış müqavilələrin müddəti bu günlərdə bitmək üzrədir", - deyə məlumatda bildirilir.

Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq vətəndaşlara və sahibkarlara bildirir ki, bu müqavilələrin müddəti növbəti dövr üzrə mütləq şəkildə uzadılmalıdır. Əks təqdirdə vətəndaşlar müəyyən məhdudiyyətlərlə üzləşə bilərlər.

Başa çatmaqda olan cari il ərzində təkcə yanvar-sentyabr ayları üzrə daşınmaz əmlakın icbari sığortası növü çərçivəsində baş verən hadisələrə görə sığorta şirkətləri tərəfindən əhaliyə 3,4 mln. manat sığorta ödənişi verilib.


Etiketlər:  Sığorta ilə bağlı əhaliyə xəbərdarlıq edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ