Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Poliklinikalarda həftə sonları da koronavirusla bağlı xidmətlər göstəriləcək

Poliklinikalarda həftə sonları da koronavirusla bağlı xidmətlər göstəriləcək

Tarix: 17 Noyabr 2020 13:36

Bakı. Samir Əli - Trend:

Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19 –la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.


Etiketlər:  Poliklinikalarda həftə sonları koronavirusla bağlı xidmətlər göstəriləcək


RƏYLƏR