Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Zirə”nin futbolçusu koronavirusa yoluxdu

“Zirə”nin futbolçusu koronavirusa yoluxdu

Tarix: 17 Noyabr 2020 19:16

"Zirə" klubunun futbolçusu Klesio Bauk koronavirusa yoluxub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

Bildirilib ki, hazırda Mozambik yığmasının düşərgəsində yer alan 26 yaşlı vingerin koronavirus testi pozitiv çıxıb. Onunla yanaşı, millinin daha 7 futbolçusunda virusa yoluxma müşahidə olunub.

Mozambik yığması dünən Afrika Millətlər Kubokunda Kamerunla (0:2) qarşılaşıb. Koronavirusa yoluxduğu məhz dünən müəyyənləşən oyunçular həmin görüşdə iştirak etməyiblər.

Milli.Az


Etiketlər:  Zirənin futbolçusu koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ