Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərinləşdirici içkilər

Sərinləşdirici içkilər

Tarix: 17 Noyabr 2020 19:57

Sərinləşdirici içkilər
Qarşıdan yay gəlir. Havalar isindikcə orqanizmin soyuq içkilərə olan meyli artır. Sizlərə bir neçə sərinləşdirici içki resepti demək istəyirəm.
Çiyələkli kokteyl
- 450 qram çiyələk
- 300 qram dondurma
- 200 qram süd
- 30 qram şəkər tozu
Çiyələklər yuyulur, dondurma ilə birlikdə blenderdə çalınır. Üzərinə süd əlavə olunub soyuducuya qoyulur.
Çiyələkli limonad
- 500 qram çiyələk
- 700 ml qazlı su
- 75 qram limon
- 50 qram şəkər tozu
Çiyələkər yaxşı yuyulub təmizlənir, blenderdə şəkər tozu ilə birlikdə püre halına gələnədək üyüdülür. İçərisinə limon şirəsi əlavə olunub su qatılır. Limonad soyuducuda saxlanılır.
Çiyələkli bananlı kokteyl
- 1 ədəd banan
- 1 stəkan çiyələk
- 100 qram buz
- 170 qram yoqurt
- 1/4 stəkan qatılaşdırılmış süd
Buz və yoqurt blenderdə üyüdülür, doğranmış banan və çiyələklər südlə birgə blenderə əlavə edilir. Eynitərkibli kütlə alınana qədər qarışdırılır. Soyuq halda içilir.


Etiketlər:  Sərinləşdirici içkilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ