Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 15:40
Bakı. Trend:
Ermənistan parlamentinin deputatları hələ müharibədən əvvəl “Su-30 SM” qırıcılarının döyüş hazırlığı məsələsini müzakirə edib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü Gevork Qorgisyan deyib.
O bildirib ki, o zaman deputatları həmin təyyarələr üçün raketlərin niyə alınmaması məsələsi maraqlandırmışdı.
Komissiyanın iclasında iştirak edən Müdafiə Nazirliyinin nümayəndələri yaxın zamanlarda qırıcılar üçün raketlərin alınmasının nəzərdə tutulduğunu demişdi.
Qeyd edək ki, ötən ilin sonunda Ermənistan 4 “Su-30 SM” qırıcısı almışdı. Daha 8 qırıcının alınması planlaşdırılır.