Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2019 20:20
2019-2020-ci illər mövsümünə hazırlıqları Türkiyədə davam etdirən “Qəbələ” bu gün ilk yoxlama oyunu keçirib.
Qol.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək "qırmızı-qaralar" Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışının 4-cü günündə Ukraynanın “Mariupol” klubu ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
7 iyul
Yoxlama oyunu
18:30. “Qəbələ” – “Mariupol” (Ukrayna) - 2:1
Qollar: Ü. İsgəndərli, 2 (1:0), R. Babayev, 17 (2:0), Fomin, 34 (2:1)
Hendek Atatürk stadionu