Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 18:40
Hələ də inana bilmirəm. Qarabağ tam olaraq bizə qayıtsın, ondan sonra inanacam. Bu qələbəni bizə yaşadan əsgərlərimiz var olsun.
Sonxeber.net bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında Xalq artisti Flora Kərimova deyib. Müğənni Vətən müharibəsinin qələbə ilə bitməsindən danışaraq, sevincini bölüşüb:
"İyulun 23-də Ağdam işğal olunandan dedim ki, artıq ad günü keçirməyəcəm. Bu il 80 illik yubileyimdir. Amma hələ də ad günü düşünmürəm. Utanıram, yaşım o deyil. Yaralı bir insanam, bu qədər şəhidimiz olub.
Məni hazırda tək düşündürən Qarabağdır. Bütün torpaqlarımız qaytarıldıqdan sonra ayağımı rahat uzadacam. Düzdür, torpaqları ayırmıram. Hamısının azad edilməsi məni sevindirir. Amma Şuşa sevgisi bir başqa idi. Mənim ana yurdumdur Şuşa. Düşməndən azad edilən torpaqlarımızın hər bir guşəsində bir şəhidimizin ruhu var. Onların haqqını unuda bilmərik".