Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 09:50
"Barselona"nın sabiq futbolçusu Sesk Fabreqas komandanın keçmiş baş məşqçisi Pep Qvardioladan danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, hazırda "Monako"da çıxış edən 33 yaşlı yarımmüdafiəçi 49 yaşlı mütəxəssislə münasibətlərinin yaxşı olmadığını deyib:
"Onunla 8 il əlaqəmiz olmayıb. "Barselona"da bəzi xoşagəlməz anlar yaşadıq. Bunlar haqqında danışmaq istəmirəm. Təəsüf hissidir, yoxsa qarışıqlıq, bilmirəm. O uşaqlıqdan mənim kumirim idi. Qvardiolanı izləyərək, böyümüşəm".
Qeyd edək ki, Fabreqas 2011-2014, Qvardiola isə 2008-2012-ci illərdə Kataloniya klubunda işləyib.