Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2019 17:30
İlk xəbər saat 14:35-də yayılıb
Bakı. Trend:
Gəncəçay çayının Göygöl şəhərindən keçən hissəsində batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Səfərov Akif Arzu oğlu və 2007-ci il təvəllüdlü Rzayev Ruzgar Famil oğlunun axtarışları başa çatıb.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən verdiyi məlumata görə, A.Səfərovun və R.Rzayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
XXX
14:35
Gəncəçay çayında 2 nəfərin batması faktı qeydə alınıb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildiriblər.
Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Göygöl şəhərində 2 nəfərin Gəncəçay çayında batması barədə məlumat daxil olub. Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin