Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA Ermənistan yığmasını cərimələdi

UEFA Ermənistan yığmasını cərimələdi

Tarix: 19 Noyabr 2020 16:16

UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, buna səbəb Ermənistan yığmasının qitə futbol qurumunun tətbiq etdiyi karantin qaydalarını pozmasıdır.

Oktyabrda Millətlər Liqasının qrup mərhələsində Estoniyanın qonağı olan ermənilər (1:1) qarşılaşmadan əvvəl Tallində erməni kilsəsinə baş çəkib, eyni zamanda yerli "Ararat" klubunun gənc oyunçuları və onların valideynləri ilə görüşüblər. Halbuki bir gün əvvəl Ermənistan yığmasının nümayəndələrindən birində koronavirusa yoluxma aşkarlanmışdı.

UEFA-nın "oyuna dön" protokolunun koronavirus qaydalarına görə isə komanda üzvləri xüsusi hallar xaricində oteli tərk etməməlidir. Buna məhəl qoymayan Ermənistan Futbol Federasiyası 10 min avro məbləğində cərimələnib və bu pulu 90 gün ərzində ödəməlidir.

Milli.Az


Etiketlər:  UEFA Ermənistan yığmasını cərimələdi


RƏYLƏR