Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 17:40
Göyçay rayon Təhsil şöbəsinin müdiri vəfat edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, şöbə müdiri, 1965-ci il təvəllüdlü İsmayılov Elnur Siracəddin oğlu iş otağında olarkən qəfil halı pisləşib. Şöbə əməkdaşları onu təcili Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, şöbə müdirinin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq E. İsmayılov vəfat edib.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, E.İsmayılov ürək tutmasından vəfat edib.