Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksikada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb

Meksikada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb

Tarix: 20 Noyabr 2020 07:40

Bakı. Trend:

Meksikada yeni növ koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Meksika Səhiyyə Nazirliyinin baş epidemioloqu Xose Luis Alomiya deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin sayı 100 104 nəfərə çatıb.

Qeyd edək ki, son sutka ərzində Meksikada 4 472 yoluxma halı qeydı alınıb, koronavirusa yoluxanların ümumi sayı 1 019 543 nəfərə çatıb. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 766 min nəfəri sağalıb.


Etiketlər:  Meksikada koronavirusdan ölənlərin sayı nəfəri ötüb


RƏYLƏR