Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan cüdoçuları İtaliyada bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları İtaliyada bürünc medal qazanıblar

Tarix: 8 Iyul 2019 01:20

Bakı. Trend:

İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında Azərbaycan cüdoçuları komanda yarışlarını bürünc medalla başa vurublar.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, kişi cüdoçularımız Türkmənistan, Almaniya və Fransa yığmalarını məğlub edərək yarımfinala vəsiqə qazanıblar.

Yarımfinalda Rusiya komandasına uduzan Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Braziliya cüdoçularına 3:2 hesabı ilə qalib gəlib.

Millimizlə yanaşı Yaponiya komandası da 3-cü yeri tutub. Koreya 2-ci, Rusiya isə 1-ci olub. Qeyd edək ki, 2 gün əvvəl cüdoçumuz Hidayət Heydərov Universiadanın fərdi yarışlarında gümüş medal qazanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan cüdoçuları İtaliyada bürünc medal qazanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ