Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxub sağalanlarda immunitet neçə müddət qalır?

Koronavirusa yoluxub sağalanlarda immunitet neçə müddət qalır?

Tarix: 20 Noyabr 2020 21:51

COVID-19 xəstəsi olub sonradan sağalan şəxslərdə immunitet səkkiz ay və ya daha uzun müddət qala bilər.

Sonxeber.net xəbər verir ki, müvafiq araşdırma "bioRxiv" portalında dərc olunub.
ABŞ-dakı La Hoya İmmunologiya İnstitutunun mütəxəssisləri hələ pandemiyanın başlanğıcında koronavirusu yüngül formada keçirən 19-81 yaş arası 185 pasiyentdən bir neçə dəfə analiz götürüb. Alimlər immun sisteminin dörd komponentini - antikorları, ehtiyac olduqda daha çox antikor ifraz edən B-hüceyrələri və iki növ T-hüceyrəni təhlil ediblər.

Antikorların yoluxmadan 6-8 ay sonra da cüzi azalma ilə qaldığı aşkar edilib. Eyni zamanda T-hüceyrələr orqanizmdə çox aşağı sürətli çürüməyə məruz qalıb, B-hüceyrələrinin sayı isə gözləmədən artıb.

Daha əvvəl ABŞ və Kanadadan olan immunoloqlar COVID-19-un aşkar simptomları müşahidə edilən şəxslərdə koronavirusa qarşı antikorların azı üç ay orqanizmdə qaldığını müəyyənləşdirə bilmişdi. /medicina.az


Etiketlər:  Koronavirusa yoluxub sağalanlarda immunitet neçə müddət qalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ