Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Argentinanın ən böyük banklarından birinin qurucusu helikopter qəzasında öldü

Argentinanın ən böyük banklarından birinin qurucusu helikopter qəzasında öldü

Tarix: 21 Noyabr 2020 06:32

Bakı. Trend:

Argentinalı iş adamı Xorxe Btio helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

Trend-in məlumatına görə, bu barədə X.Bitonun prezindeti olduğu Cənubi Amerika respublikasının ən böyük özəl banklarından biri olan "Banco Macro" xəbər verib.

Məlumatda deyillir: ""Banco Macro" bu gün Salta əyalətində Koronel-Moldes yaşayış məntəqəsi yaxınlığında baş verən təyyarə qəzasında bankın qurucusu və prezidenti Xorxe Bitonun ölüm xəbərini dərin təəssüf hissi ilə çatdırır".

Helikopter pilotu iş adamı ilə birlikdə öldü. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Forbes jurnalına əsasən, X.Brito 2020-ci ildə 50 ən zəngin argentinalıların siayhısına daxil olub. Onun sərvəti 360 milyon dollar məbləğində qiymətləndirilirdi.


Etiketlər:  Argentinanın böyük banklarından birinin qurucusu helikopter qəzasında öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ