Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ hökuməti Facebook-a qarşı yeni ittihama hazırlaşır

ABŞ hökuməti Facebook-a qarşı yeni ittihama hazırlaşır

Tarix: 21 Noyabr 2020 20:44

Federal orqanlar və ABŞ ştatlarının hökumətləri Facebook şirkətinə qarşı antimonopoliya ittihamı qaldırmağa və Instagram ilə Whatsapp-ın alınmasına şərait yaratmış müqavilələrin rədd edilməsinə hazırlaşırlar. Bu barədə The Washington Post xəbər verib. Ştatların baş prokurorları bu məsələ ilə bağlı istintaqlarına 2019-cu ildə start vermişdilər və gələn ayın əvvəlində Facebook-a qarşı məhkəmə iddiası qaldırmağı planlaşdırırlar. Bununla yanaşı ABŞ-ın federal ticarət komissiyasının öz istintaqı da final mərhələdədir. Komissiya öz qərarlarını ştatların liderləri ilə birikdə koordinasiya etməyə çalışır. Bununla yanaşı komissiya və ştatlar iki müxtəlif yerdə iki antimonopoliya iddiası qaldıra bilər.

ABŞ hökumətinin fikrincə Facebook-un Instagram-ı və Whatsapp-ı alması öz növbəsində bazarda antirəqabət vəziyyətini yaradıb.
    İstintaqçılar öz növbələrində Facebook-un Instagram ilə Whatsapp-ı aldıqdan sonra bu servislərin necə dəyişdiklərini, onların təqdim etdikləri xidmətlərin keyfiyyətlərinin pisləşib-pisləşmədiklərini və konfidensiallıq səviyyəsinin necə dəyişdiyini araşdırıblar. Qeyd etmək lazımdır ki, 2014-cü ildə Whatsapp messencerini alan zaman Facebok bildirmişdi ki, o, messencerin müstəqilliyini qoruyacaq və konfidensiallığın lazımi təhlükəsizliyini təmin edəcək. Şirkət bu müqaviləni təsdiqləmiş dövlət orqanlarına belə sözlər vermişdi. Lakin bir neçə ildən sonra Facebook öz istifadəçilərinin məlumatlarını digər fərdi servislərinə inteqrasiya etməyə çalışdı.

Milli.Az


Etiketlər:  ABŞ hökuməti Facebook a qarşı yeni ittihama hazırlaşır


RƏYLƏR