Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir notbukun istehsalı zamanı 1,2 ton tullantı əmələ gəlir

Bir notbukun istehsalı zamanı 1,2 ton tullantı əmələ gəlir

Tarix: 21 Noyabr 2020 21:52

İstanbul Texniki Universiteti "Davamlı istehsal və istehlak dərnəyi"nin rəhbəri prof.dr. Filiz Karaosmanoğlu notbuklar istehsal edilərkən 1,2 ton, smartfon istehsal edilərkən 86 kiloqram tullantı çıxdığını söyləyib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, o, insanların məhsulları alıb istifadə etdiklərini, ancaq bu məhsulların istehsal prosesində yaranan tullantılar barədə bilmədiklərini söyləyib.

"Tullantıların qarşısını almaq üçün istehsalçı və istehlakçılar birlikdə mübarizə aparmalıdırlar.

Daha davamlı istehsal və istehlak etməliyik. İstehlak davranışımızı dəyişdirməliyik.

İstifadə etdiyimiz məhsulların ömrünün uzadılması, yenidən istifadə, təmir, kirayə, paylaşma, ikinci əl satın alma, şüurlu alış, səmərəli istifadə və istehlak kimi anlayışlar həyatımızdakı məhsullar üçün daima gündəmimizdə olmalıdır", - deyə dərnək rəhbəri bildirib.


Etiketlər:  notbukun istehsalı zamanı tullantı əmələ gəlir


RƏYLƏR