Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən obyektlər aşkarlandı (FOTO)

Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən obyektlər aşkarlandı (FOTO)

Tarix: 22 Noyabr 2020 12:21

Bakı. Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Şöbə əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən otel aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Akif Babayev, orada çalışan iki işçi və 8 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Keçirilmiş digər bir tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən tikinti materialları mağazası aşkarlanıb. Həmin obyektin fəaliyyəti də dayandırılıb, orada çalışan satıcı və fəhlə barədə inzibati qaydada tədbirlər görülüb.

Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən obyektlər aşkarlandı (FOTO) - Gallery Image Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən obyektlər aşkarlandı (FOTO) - Gallery Image


Etiketlər:  Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən obyektlər aşkarlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ