Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2020 18:20
Dünyaca məşhur fotoqraf, "National Geografic" jurnalının fotoreportyoru Reza Deqati bu dəfə Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində olub.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, fotoqraf öz "İnstagram" səhifəsində Ağdamda gördüyü mənzərədən dəhşətə gəldiyini qeyd edib. Reza Deqati Ağdamı atom bombası nəticəsində məhv edilmiş Yaponiyanın Hirosima şəhərinə bənzədib:
"Ağdam. 28 il 9 ay öncə 10 minlərlə sakini, meyvə ağacları və yaşayışı olan bir şəhərdən ayrılmışdım.
Üçtərəfli anlaşma ilə qəbul edilən bəyanatdan sonra ermənilər bu şəhəri azərbaycanlılara geri qaytarmalı oldular. Şəhəri yenidən ziyarət etmək imkanım oldu və ruhlar şəhərini kəşf etməkdən şoka düşdüm. Bura atom bombası nəticəsində məhv edilmiş Hirosima şəhərinə bənzəyir, hətta ondan daha pis. Ermənilər şəhəri tərk edib gedərkən evlərini, binalarını dağıdıb gediblər.
Ağdamı əvvəlki görüşünüşə qaytarmaq üçün çox uzun zaman lazım gələcək".