Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada son sutkada koronavirusa yoluxanların sayı 7 mindən çox artıb

Moskvada son sutkada koronavirusa yoluxanların sayı 7 mindən çox artıb

Tarix: 23 Noyabr 2020 01:08

Bakı. Trend:

Rusiyanın paytaxtında yeni növ koronavirusa yoluxma hallarının sayı ötən sutka ərzində 7 168 olmaqla 547 138 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda həmçinin deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 71 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 8 379 nəfərə çatıb.


Etiketlər:  Moskvada sutkada koronavirusa yoluxanların sayı mindən çox artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ