Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı Xədicəyə yardım ayırdı

Məşhur Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı Xədicəyə yardım ayırdı

Tarix: 23 Noyabr 2020 08:54

Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Səncər Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürmüşdür.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən bildirilib.

Əziz Səncər BBC-də yayımlanmış xəbərə (https://www.bbc.com/news/av/world-europe-54650502) istinadən Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulamışdır.


Etiketlər:  Məşhur Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş yaşlı Xədicəyə yardım ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ