Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın 200 min funt sterlinqlik təklifi müsbət cavablandırılmadı

''Qarabağ''ın 200 min funt sterlinqlik təklifi müsbət cavablandırılmadı

Tarix: 8 Iyul 2019 11:24

"Qarabağ"ın “Sent-Mirren”in qapıçısı Vatslav Qladki üçün göndərdiyi təklif müsbət cavablandırılmayıb.

Qol.az-ın Şotlandiya mətbuatına istinadən yaydığı xəbərə görə, Azərbaycan çempionunun çexiyalı qolkiper üçün etdiyi 200 min funt-sterlinqlik təklif Şotlandiya təmsilçisi tərəfindən qəbul edilməyib.  “Sent-Mirren”in oyunçunu daha yüksək qiymətə satmağa razı olacağı vurğulanıb.

Bildirilib ki, "Qarabağ" Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Partizani"ilə oyun öncəsi 28 yaşlı qolkiper üçün yeni təklif göndərməyə hazırlaşır.  Hətta "Qarabağ"ın Qladkinin özünə "Sent-Mirren"dəki maaşının 6 qatını təklif edəcəyi də vurğulanıb.

Ancaq qapıçının özü Şotlandiyada qalmaq istəyir. Çünki ordan İngiltərə Premyer Liqasına yüksəlməyə ümid edir.

Qeyd edək ki,  "Sent-Mirren"ə bu ilin yanvarında Qladkini "Slovan"dan transfer edib.

 


Etiketlər:  Qarabağın funt sterlinqlik təklifi müsbət cavablandırılmadı


RƏYLƏR