Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 15:45
44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqları azad etdi və öz ərazi bütövlüyünü təmin etdi. Azad olunmuş ərazilərimizdə ermənilərin nə qədər vəhşilik, nə qədər vandallıq törətdiyinin əyani şahidi olduq.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputat Cavid Osmanov deyib.
Deputat bildirib ki, işğaldan azad edilmiş bütün ərazilərimizdə daş daş üstündə qalmayıb: "Tarixi abidlərimiz, sosial obyektlər, məktəblər, inzibati binalar, fərdi evlər erməni barbarları tərəfindən tamamilə dağıdılıb, hətta məzarlıqlar məhv edilib. Bu, erməni vandallığının, vəhşiliyinin, barbarlığının növbəti bir təzahürüdür.
Əlbəttə ki, müharibə zamanı erməni terrorçularına çox ciddi zərbələr vurulub. Ancaq əlbəttə ki, döyüşlər zamanı hər iki tərəfdən əsir düşənlər olur. Azərbaycan tərəfi hər zaman bütün beynəlxalq norma və prinsiplərə uyğun olaraq əsir və girovların saxlanılması, onların dəyişdirilməsi, o cümlədən humanitar atəşkəs zamanı erməni hərbçilərinin meyitlərinin qaytarılması ilə bağlı bütün bütün norma və prinsipləri qoruyub. Ancaq çox təəssüf ki, erməni tərəfi azərbaycanlı əsirlərlə davranışda hər zaman olduğu kimi vandallıq, barbarlıq edir, sosial şəbəkələrdə azərbaycanlı əsirlərə işgəncələr vermələrini açıq-aşkar nümayiş etdirirlər.
Bu, erməni vəhşiliyinin, erməni murdarlığının növbəti bir təzahürüdür. Çox təəssüf ki, bununla bağlı beynəlxalq təşkilatlar yenə də susqunluqlarını davam etdirirlər. Çox təəssüfedici haldır ki, 21-ci əsrdə insanlara bu qədər işgəncə vermək, güc tətbiq etmək və zorakılığa məruz qoymağa beynəlxalq təşkilatlar susqunluqla yanaşır.
Əlbəttə, burada ilk növbədə insan haqları üzərində birləşən beynəlxalq təşkilatlar və insan haqları ilə bağlı davamlı çıxış edən dövlətlər bugünə qədər susqunluq nümayiş etdirirlər. Bu çox təəssüfedici haldır. Beynəlxalq təşkilatlar bu məsələləri görməzdən gəlməməlidirlər və beynəlxalq hüququ əsas götürərək erməni tərəfinə təzyiqlər və təsirlər göstərməlidirlər. Çünki bu vandallıqdır, dünyanın heç bir yerində əsirlərə qarşı belə vəhşilik edilmir".