Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 18:45
"Bu günlərdə heç bir efirə çıxmırdın. Döyüşlər gedən zaman istəmədim. İnsanların qınağından qorxurdum".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu szöləri müğənni Nadir Qafarzadə "7 Canlı" proqramında deyib. Sənətçi uzun müddətdir efirdə olmamasının səbəbini açıqlayıb. O bildirib ki, tamaşaçı qınağından qorxub:
"Baxmayaraq ki, bizim işimiz budur. Dostlarım, qardaşlarım od-alov içərisində olanda, proqramda oxumaq istəmədim.
Sağ ikən bu qələbəni bizə yaşadan Ali Baş Komandana təşəkkür edirəm. Əsəgər qardaşlar və şəhid anaların qarşısında baş əyirəm. 28 il gözlədik, 40 günün işində sevinc yaşadıq. Allah bizə ömür versin, itirdiklərimizin yerini dolduraq. Düşmənin sevinci az oldu.
Deyirdik, 2020-ci il bizə bədbəxtlik gətirdi. Amma elə deyilmiş, bizə böyük sevinc gətirdi".