Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi

Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi

Tarix: 24 Noyabr 2020 11:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır, bu məsələ qanunvericilikdə tənzimlənir. Əfsuslar olsun ki, bu tənzimlənmə kağız üzərində qalır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər: “Bu dərmanlar açıq satışda var, buna nəzarət yoxdur. Bu, bizim problemimiz idi. COVİD dönəmində bu problem daha da artdı. Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır. Bunu mütləq etməliyik. Yoxsa COVİD-dən sonra ağır fəsadlarla üzləşəcəyik”.


Etiketlər:  Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır Səhiyyə nazirliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ