Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 16:10
Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə pandemiya ilə mübarizədə iştirak edən 1346 tibb işçisinə 1,07 mln manat məbləğində müddətli əlavə ödənilib.
Səhiyyə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, oktyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən ödənilib.
Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələrin ödənişi iş vaxtına mütənasib olaraq həyata keçirilib.