Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2020 17:06
Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) psixoloqu İlkin Kazımlının tələbələrlə onlayn görüşü təşkil olunub.
Aİİ-dən Trend0ə bildirilib ki, Görüş mövcud pandemiya dövründə dərslərin məsafədən keçirilməsi zamanı tələbələrdə yarana biləcək stress vəziyyətlərini araşdırıb ortadan qaldırmaq məqsədilə keçirilib.
İ.Kazımlı I kurs tələbələrinin dərslərin məsafədən təşkil olunması zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması ilə bağlı tövsiyələrini verib.
Psixoloq gənclərə bir sıra məsələlərin həllində soyuqqanlı olmağı, qarşılaşdıqları çətinlikləri təbii qəbul etməklə adiləşdirməyi tövsiyə edib. Bəzi problemlərin həllində psixoloji durumun köməklik göstərə biləcəyini də nəzərə çatdırıb.
Görüş zamanı tələbələr onları maraqlandıran sualları psixoloqa ünvanlayıblar.
Məlumat üçün bildirək ki, xüsusi karantin dövründə tələbələrin onlayn dərslərdə fəal iştirak etmələri, pandemiya zamanı stresdən uzaq qalmaq və xüsusi karantin rejiminə adaptasiya ilə bağlı problem yaşayan tələbələrlə psixoloqun mütəmadi olaraq onlayn görüşləri təşkil olunur. Həmçinin, İ.Kazımlı problemli tələbələrlə fərdi onlayn məsləhətləşmələr keçirir.