Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxanlar ilk gündən həkimə müraciət etsinlər - Baş infeksionistdən əhaliyə müraciət

Koronavirusa yoluxanlar ilk gündən həkimə müraciət etsinlər - Baş infeksionistdən əhaliyə müraciət

Tarix: 26 Noyabr 2020 09:57

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün COVİD-19-a yoluxan bəzi insanlar virusu ciddi qəbul etməyərək özünümüalicə ilə məşğuldurlar.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, belə insanlar yalnız vəziyyətləri ağırlaşdığı-nəfəs darlığı yaranan zaman həkimə müraciət edirlər:

“Bəzi insanlar görürlər ki, ətrafındakı insanlar evdə qalmaqla, internetdən reseptlər götürməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir. Lakin nəzərə alınmalıdır ki, virusa yoluxan insan risk qrupuna daxil ola, onda ağırlaşdırıcı halların baş verməsi mümkün ola bilər. Cavan-yaşlı olmasından asılı olmayaraq, orqanizmin xüsusiyyətlərinə uyğun olaraq, insanlar xəstəliyi ağır keçirə bilərlər”.

T.Eyvazov qeyd edib ki, özünümüalicə nəticəsində vəziyyəti ağırlaşmış insanlar xəstəxanaya daxil olduqları zaman onlara qarşı görülən müalicə tədbirləri effektiv olmaya bilər:

“Ona görə də əhalidən xahiş edilir ki, yoluxduqları ilk gündən həkimə müraciət etsinlər. Müalicələrini evdə etsələr belə, bunu həkim nəzarəti altında etsinlər".


Etiketlər:  Koronavirusa yoluxanlar gündən həkimə müraciət etsinlər Baş infeksionistdən əhaliyə müraciət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ