Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 11:21
Bakı. Trend:
Cəlilabadda karantin qaydalarını pozan idman zalından satışı qadağan olunmuş dərman həbləri aşkarlandı.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlanıb. Orada məşq etməklə karantin qaydalarını pozan 5 nəfər barəsində inzibati protokol tərtib edilib.
Bundan əlavə həmin idman zalına keçirilən baxış zamanı sözügedən obyekti icarə əsasında işlədən Cəlilabad şəhər sakini Bəhruz Ağayevin məşq etmək üçün ora gələn şəxslərə satdığı tərkibində güclü təsiredən maddələr olan və satışı qadağan olunmuş konvalyut və qutularda ümumilikdə 3750 ədəd dərman həbi aşkar edilərək götürülüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır