Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 11:21
Rus sülhməramlıları Kəlbəcər bölgəsinə nəzarətin ötürülməsi zamanı üçtərəfli razılaşmanın icrasına nəzarəti təmin ediblər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Kəlbəcər rayonunun təhvil verilməsi zamanı üçtərəfli razılaşmanın şərtlərini yerinə yetirərkən mülki əhalinin təhlükəsizliyini və bölgənin mütəşəkkil köçürülməsini təmin ediblər.
Qeyd olunub ki, 25 noyabr saat 00: 00-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Baş nazirinin üçtərəfli bəyanatına uyğun olaraq Dağlıq Qarabağın Kəlbəcər bölgəsi Azərbaycan tərəfinə verilib.