Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi dəfələrlə artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi dəfələrlə artıb

Tarix: 26 Noyabr 2020 11:44

Bakı. Zeyni Cəfərov - Trend:

2020-ci ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 207,6 milyon manat məbləğində ipoteka krediti verilib.

Trend bu barədə Mərkəzi Bankın statistika hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 62,4 faiz və ya 79,8 milyon manat çoxdur.

Hesabat dövründə fondun təkrar maliyyələşdirdiyi kreditləriə məbləği ötən illə müqayisədə 47,3 faiz azalıb və 109,4 milyon manat təşkil edib. İpoteka və Kredit Zəmanət Fondua dövlət büdcəsindən ayrılan vəsait iki dəfə artaraq 161,2 milyon manata bərabər olub.


Etiketlər:  Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi dəfələrlə artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ