Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

iOS əsaslı Covid-19 tətbiqləri barədə xəbərdarlıq

iOS əsaslı Covid-19 tətbiqləri barədə xəbərdarlıq

Tarix: 26 Noyabr 2020 23:20

iOS əsaslı Covid-19 tətbiqləri barədə araşdırma aparan Digital Forensics Initiative şirkəti istifadəçilər üçün həyəcan təbili çalıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, araşdırma zamanı müxtəlif ölkələrdə istifadəyə verilən 493 tətbiq testdən keçirilib. Bildirilib ki, əksər tətbiqlər koronavirusu uğurla təqib etsələr də, istifadəçidən ehtiyac duyulandan daha çox məlumat toplayırlar. Məsələn, onların çoxu quraşdırma zamanı kamera, mikrofon, foto və ərazi bilgilərinə daxil olmaq üçün icazə istəyir. İcazələrin heç də hamısının xoş niyyətli olmadığı aşkarlanıb.

Məlum olub ki, 493 tətbiqdən yalnız 47-i fərdi məlumatların mühafizəsini təmin edir.


Etiketlər:  əsaslı Covid tətbiqləri barədə xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ